QR kod yaratmaq — rəngli, loqolu, dəyişdirilə bilən

Sayt linki, WhatsApp, Instagram, TikTok, YouTube, telefon, e-poçt və ya elektron vizitka üçün QR kodu bir neçə saniyəyə yaradın. Rəngini, formasını seçin, ortasına loqonuzu qoyun və PNG və ya SVG (çap üçün vektor) formatında yükləyin. Qeydiyyat yoxdur. QR kodun linkini sonradan dəyişmək olar. WhatsApp, Instagram və TikTok QR kodları pulsuzdur. Digər QR kodlar (sayt, Wi‑Fi, PDF menyu, onlayn vizitkart və s.): 6 ay — 5 ₼, 1 il — 8 ₼.

1. Nə üçün QR kod?

2. Məlumatı yazın

3. Dizayn

QR rəngi
Fon rəngi
Nöqtələrin forması
Künclərin forması
Ortaya loqo (istəyə görə)

4. Paket və ödəniş

QR kod inpromo.az linki ilə yaranır: hədəf linki sonradan dəyişmək olar. Paket bitəndə QR açılmır — skan edən «Xidməti artır» səhifəsini görür və paketi yeniləyə bilir.

QR kod nədir?

QR kod (Quick Response — «sürətli cavab») telefon kamerası ilə oxunan kvadrat barkoddur. Daxilində link, telefon nömrəsi, mətn, Wi‑Fi şifrəsi və ya əlaqə məlumatı saxlanır. Müasir telefonlarda ayrıca proqram lazım deyil — kameranı QR koda tutmaq kifayətdir.

QR kod necə yaradılır?

  1. Yuxarıda QR kodun növünü seçin: vebsayt, WhatsApp, Instagram, TikTok, YouTube, onlayn vizitkart və s.
  2. Məlumatı yazın — QR kod dərhal yaranır.
  3. Rəngi, nöqtələrin və künclərin formasını seçin, istəsəniz ortasına loqonuzu qoyun.
  4. PNG, JPG və ya SVG formatında yükləyin.

QR kod inpromo.az linki ilə yaranır — ona görə hədəf linki (sayt, nömrə, Instagram) sonradan dəyişmək olar, çap olunmuş QR kod eyni qalır. WhatsApp, Instagram və TikTok QR kodları pulsuzdur — dərhal yükləyə bilərsiniz. Digər QR kodlar (Wi‑Fi, PDF menyu, onlayn vizitkart daxil) üçün paket: 6 ay — 5 ₼, 1 il — 8 ₼. Ödənişdən sonra QR kodu PNG, JPG və SVG formatında yükləyirsiniz.

WhatsApp QR kodu

WhatsApp QR kodu skan edən müştərini birbaşa sizin nömrənizlə yazışmaya aparır, istəsəniz hazır mesajla («Salam! Sifariş vermək istəyirəm»). Restoran menyusu, mağaza vitrini, kuryer paketləri və vizitkartlar üçün ən effektiv QR növüdür.

Vizitkart üçün QR kod (vCard)

«Vizitka» növündə adınızı, telefonunuzu, e-poçtunuzu, şirkətinizi və saytınızı yazın — skan edən kəs bir toxunuşla əlaqənizi telefonuna yadda saxlayacaq. Bu QR kodu vizitkartın arxa üzünə yerləşdirmək çox rahatdır.

Çap üçün məsləhətlər

  • Çap üçün SVG (vektor) və ya 2400 px PNG yükləyin — keyfiyyət itmir.
  • Çapda QR kodun ölçüsü ən azı 2 × 2 sm olsun; uzaqdan skan üçün (vitrin, baner) daha böyük.
  • Kontrast vacibdir: tünd QR, açıq fon. Açıq rəngli QR və tünd fon bəzi telefonlarda oxunmur.
  • Loqo qoysanız, QR avtomatik ən yüksək xəta korreksiyası (30%) ilə yaradılır.
  • Çapdan əvvəl mütləq telefonla skan edib yoxlayın.

Tez-tez verilən suallar

QR kod yaratmaq neçəyədir?

WhatsApp, Instagram və TikTok QR kodları pulsuzdur. Digər bütün QR kodlar (sayt, Wi‑Fi, telefon, e-poçt, xəritə, YouTube, PDF menyu, onlayn vizitkart): 6 ay — 5 ₼, 1 il — 8 ₼.

Paket bitəndə nə olur?

QR kod skan edildikdə «Xidməti artır» səhifəsi açılır — paketi yeniləyən kimi QR kod yenidən işləyir, yenidən çap etmək lazım deyil. Limitsiz paketdə müddət bitmir.

QR koda loqo qoymaq olar?

Bəli. «Ortaya loqo» bölməsindən loqonuzu yükləyin — QR kod avtomatik ən yüksək xəta korreksiyası ilə yaradılır və loqo ilə də rahat oxunur.

WhatsApp üçün QR kod necə yaradılır?

«WhatsApp» növünü seçin, nömrənizi (məs. 050 123 45 67) və istəsəniz hazır mesajı yazın. QR kod wa.me linki ilə yaranır.

Çap üçün hansı formatı yükləməliyəm?

SVG (vektor) və ya 2400 px PNG. Çapda QR kodun ölçüsü ən azı 2 × 2 sm olmalıdır.

QR kodu stikerdə və ya vizitkartda çap edirsiniz?

Bəli — QR kodunuzu stiker, vizitkart, masa lövhəsi, menyu və qapı lövhəsində çap edirik. WhatsApp ilə yazın.

QR kodun linkini sonradan dəyişmək olar?

Bəli. Redaktə linki ilə hədəfi (sayt, nömrə, Instagram) istənilən vaxt dəyişə bilərsiniz — çap olunmuş QR kod eyni qalır.

Xüsusi sifarişiniz var? Bizimlə əlaqə saxlayın!

Fikirlərinizi peşəkar şəkildə gerçəkləşdiririk.

WhatsApp ilə yazın