Vizitkart üçün QR kod — əlaqə məlumatlarınız bir skanda

Vizitkartınıza QR kod əlavə edin: skan edən kəs onlayn vizitkartınızı açır — zəng, WhatsApp, sosial şəbəkələr və «Kontaktı yadda saxla». QR kodu yaradın və QR kodlu vizitkartı bizdə çap etdirin — məlumatlarınız mockupa avtomatik düşür.

1. Nə üçün QR kod?

2. Məlumatı yazın

3. Dizayn

QR rəngi
Fon rəngi
Nöqtələrin forması
Künclərin forması
Ortaya loqo (istəyə görə)

4. Paket və ödəniş

QR kod inpromo.az linki ilə yaranır: hədəf linki sonradan dəyişmək olar. Paket bitəndə QR açılmır — skan edən «Xidməti artır» səhifəsini görür və paketi yeniləyə bilir.

Vizitkartda QR kod nə üçündür?

Kağız vizitkartda hər şeyi yazmaq olmur. QR kod isə bütün məlumatlarınızı açır: bir neçə nömrə, WhatsApp, Instagram, sayt, ünvan və xəritə. Müştəri nömrənizi əl ilə yazmır — bir toxunuşla telefon kitabçasına əlavə edir.

Vizitkart QR kodu necə yaradılır?

  1. Yuxarıda məlumatlarınızı yazın — onlayn vizitkart və QR kod yaranır.
  2. Paketi ödəyin, QR kodu yükləyin.
  3. «QR-lı vizitkart» düyməsinə basın — vizitkartın ön üzünə məlumatlarınız, arxa üzünə QR kod avtomatik düşür. Sifarişi WhatsApp ilə göndərin, çap edib çatdıraq.

QR kodlu vizitkart çapı

Standart vizitkart, məxmər və plastik vizitkartlara QR kod çap edirik. QR kodun minimum ölçüsü 2 × 2 sm olmalıdır — onda istənilən telefon rahat oxuyur.

QR kod nədir?

QR kod (Quick Response — «sürətli cavab») telefon kamerası ilə oxunan kvadrat barkoddur. Daxilində link, telefon nömrəsi, mətn, Wi‑Fi şifrəsi və ya əlaqə məlumatı saxlanır. Müasir telefonlarda ayrıca proqram lazım deyil — kameranı QR koda tutmaq kifayətdir.

Tez-tez verilən suallar

Vizitkartdakı məlumat dəyişsə nə olacaq?

QR kod onlayn vizitkartınıza yönəlir — məlumatı onlayn dəyişirsiniz, çap olunmuş vizitkartı yenidən çap etmək lazım deyil.

Vizitkart QR kodunun qiyməti?

Onlayn vizitkart və QR kod: 6 ay — 5.00 ₼, 1 il — 8.00 ₼. Vizitkart çapının qiyməti məhsul səhifəsindədir.

QR kod vizitkartın hansı üzündə olmalıdır?

Adətən arxa üzdə — ön üzdə loqo və ad, arxada QR kod və «Skan edin» yazısı.

QR kodu stikerdə və ya vizitkartda çap edirsiniz?

Bəli — QR kodunuzu stiker, vizitkart, masa lövhəsi, menyu və qapı lövhəsində çap edirik. WhatsApp ilə yazın.

QR kodun linkini sonradan dəyişmək olar?

Bəli. Redaktə linki ilə hədəfi (sayt, nömrə, Instagram) istənilən vaxt dəyişə bilərsiniz — çap olunmuş QR kod eyni qalır.

Xüsusi sifarişiniz var? Bizimlə əlaqə saxlayın!

Fikirlərinizi peşəkar şəkildə gerçəkləşdiririk.

WhatsApp ilə yazın