YouTube kanalı üçün QR kod — abunəçi toplayın
YouTube kanalınızın və ya videonuzun linkini yazın — QR kod hazırdır. Skan edən kəs birbaşa kanalınızı və ya videonu açır. Vizitkart, afişa, qablaşdırma və vitrində izləyici və abunəçi toplamaq üçün.
1. Nə üçün QR kod?
2. Məlumatı yazın
3. Dizayn
4. Paket və ödəniş
QR kod inpromo.az linki ilə yaranır: hədəf linki sonradan dəyişmək olar. Paket bitəndə QR açılmır — skan edən «Xidməti artır» səhifəsini görür və paketi yeniləyə bilir.
QR kodunuz hesabınıza bağlanacaq — «Sifarişlərim» bölməsindən istənilən vaxt dəyişə, yükləyə və müddətini artıra biləcəksiniz. Hazırladığınız QR yadda qalır.
YouTube QR kodu necə yaratmaq olar?
- «YouTube» növünü seçin.
- Kanalın (youtube.com/@adiniz) və ya videonun linkini yazın.
- Qırmızı rəng və YouTube loqosu ilə dizayn edin, paketi ödəyib yükləyin.
Kanal yoxsa video?
Kanalın linkini yazsanız, skan edən kəs kanalınızı açır və abunə ola bilir. Konkret video (məs. məhsul təqdimatı, təlimat) üçün videonun linkini yazın. Link dinamikdir — sonradan başqa videoya yönləndirə bilərsiniz.
Harada istifadə etmək olar?
- Vizitkart və flayer — «Kanalımıza abunə olun»
- Məhsul qutusu — təlimat videosu
- Restoran menyusu — yemək hazırlanması videosu
- Tədbir, seminar — yayım linki
QR kod nədir?
QR kod (Quick Response — «sürətli cavab») telefon kamerası ilə oxunan kvadrat barkoddur. Daxilində link, telefon nömrəsi, mətn, Wi‑Fi şifrəsi və ya əlaqə məlumatı saxlanır. Müasir telefonlarda ayrıca proqram lazım deyil — kameranı QR koda tutmaq kifayətdir.
Tez-tez verilən suallar
YouTube QR kodun linkini dəyişmək olarmı?
Bəli, QR dinamikdir — yeni video və ya kanal linkini yazın, çap olunmuş kod eyni qalır.
Qiyməti?
6 ay — 5.00 ₼, 1 il — 8.00 ₼. Instagram və TikTok QR kodları pulsuzdur.
QR kodu stikerdə və ya vizitkartda çap edirsiniz?
Bəli — QR kodunuzu stiker, vizitkart, masa lövhəsi, menyu və qapı lövhəsində çap edirik. WhatsApp ilə yazın.
QR kodun linkini sonradan dəyişmək olar?
Bəli. Redaktə linki ilə hədəfi (sayt, nömrə, Instagram) istənilən vaxt dəyişə bilərsiniz — çap olunmuş QR kod eyni qalır.
Xüsusi sifarişiniz var? Bizimlə əlaqə saxlayın!
Fikirlərinizi peşəkar şəkildə gerçəkləşdiririk.