Vizitkart çapı

Vizitkart (vizitka, vizit kart) çapı Bakıda — standartdan məxmər və plastik vizitkartlara qədər. Loqonuzu yükləyin, vizitkartın necə görünəcəyini dərhal görün.

Vizitkart qiymətləri

Vizitkart növüXüsusiyyət100 ədəd
Standart vizitkartKağız: klassik və ya mat alman kağızı · Mat və ya parlaq laminasiya20 ₼
Plastik kartPlastik material70 ₼
Şəffaf plastik kartPlastik material · Şəffaf mat səth100 ₼
Çıxıntılı vizitkart700 qr qalınlıq · Yazılar çıxıntılı90 ₼
Məxmər qabarıq vizitkartMəxmər material90 ₼

Qiymətlər 100 ədəd üçündür. Böyük say üçün WhatsApp-da yazın — dəqiq qiyməti deyək.

Vizitkart sifarişi necə olur?

  1. Vizitkart növünü seçin — standart, məxmər, çıxıntılı və ya plastik.
  2. Ölçü və materialı seçin — 90 × 50 mm və ya 85 × 55 mm, kağız, laminasiya, künc forması.
  3. Loqonuzu yükləyin — vizitkart onlayn mockupda dərhal görünür, ölçüsünü və yerini özünüz tənzimləyirsiniz.
  4. WhatsApp ilə göndərin — seçimləriniz və mockup şəkli hazır mesajla gəlir, biz təsdiqləyib çapa başlayırıq.

Vizitkart ölçüləri

Azərbaycanda ən çox istifadə olunan vizitkart ölçüsü 90 × 50 mm-dir. Avropa ölçüsü 85 × 55 mm isə bank kartı ölçüsünə yaxındır və pul kisəsinə rahat yerləşir. Hər iki ölçüdə vizitka çap edirik; künclər düz və ya oval ola bilər.

Hansı vizitkartı seçməli?

  • Standart vizitkart — gündəlik istifadə üçün ən sərfəli seçim. Klassik və ya mat alman kağızı, mat və ya parlaq laminasiya.
  • Məxmər vizitkart — toxunuşu yumşaq, məxmər səthli kart; yazılar qızılı, gümüşü və ya rəngli qabarıq çapla.
  • Çıxıntılı vizitkart — 700 qr qalın kartonda, yazıları barmaqla hiss olunan premium vizitka.
  • Plastik vizitkart — suya və cırılmağa davamlı, uzun ömürlü kart; şəffaf variantı da var.

Vizitka ilə vizitkart eyni məhsuldur — fərq yalnız adlandırmadadır. Hansı növün sizə uyğun olduğunu bilmirsinizsə, WhatsApp-da yazın, məsləhət verək.

Tez-tez verilən suallar

Vizitkart çapının qiyməti nə qədərdir?

Standart vizitkartın 100 ədədi 20 ₼-dan başlayır. Məxmər, çıxıntılı və plastik vizitkartların qiymətləri yuxarıdakı cədvəldədir. Kağız və laminasiya seçimi qiyməti az dəyişir; yekun məbləğ məhsul səhifəsində avtomatik hesablanır.

Minimum neçə ədəd vizitka sifariş etmək olar?

Minimum sifariş 100 ədəddir. İstənilən sayı məhsul səhifəsində «Sizin say» xanasına yaza bilərsiniz.

Vizitkartın standart ölçüsü nədir?

Ən çox istifadə olunan ölçü 90 × 50 mm-dir. 85 × 55 mm (Avropa ölçüsü) də çap edirik.

Vizitkartın necə görünəcəyini əvvəlcədən görmək olar?

Bəli. Məhsul səhifəsində loqonuzu yükləyin — vizitkart onlayn mockupda dərhal görünür. Bu şəkli WhatsApp sifarişi ilə birlikdə göndərirsiniz.

Vizitka ilə vizitkart arasında fərq var?

Xeyr, eyni məhsuldur. «Vizitka», «vizitkart» və «vizit kart» — biznes kartının fərqli adlarıdır.

Xüsusi sifarişiniz var? Bizimlə əlaqə saxlayın!

Fikirlərinizi peşəkar şəkildə gerçəkləşdiririk.

WhatsApp ilə yazın